Əsgərlikdə bir-birinə söz vermişdilər

Hansı tez ölsə, sağ qalan cənazədə qadın paltarı geyinməli idi




Əfqanıstanda hərbi xidmət edərkən bir mərmi hücumunda həyatını itirən Kevin Elliottun cənazə törənindəki maraqlı ziyarətçi hər kəsin diqqətini çəkdi.
Geyindiyi paltarla maraqlı baxışları üzərinə yönəldən əsgər Barry Delainey isə yalnız yoldaşına verdiyi sözü tuturdu. Əfqanıstanda xidmət edən Kevin Elliott və Barry Delainey hansı ölsə sağ qalan ölənin cənazəsinə qadın paltarı ilə gələcəyi mövzusunda bir-birlərinə söz vermişdilər. İtirdiyi yoldaşına verdiyi sözə əməl edən Delainey bu fotoşəkili ilə İngiltərədə hadisə yaratdı.(Milliyet.com)