105 dollardan 57 qurban!
Məlahət Rzayeva
07:02 08.04.2021
Arxiv
668
Saxta tibb bacısı “duzlu su” peyvəndi ilə insanları aldadıb
Varlıların evinə gedərək koronavirus peyvəndi vuran saxta tibb bacısı polis tərəfindən yaxalanıb. Tükürpədici hadisə Brazilayada yaşanıb. Klaudio Monika Pinhero Torres isimli qadın özünü “tibb bacısı” kimi tanıdaraq insanlara saxta peyvənd vururmuş. Vurduğu “peyvənd” isə yalnız duzlu sudan ibarət imiş. Milliyet.com-da yer alan xəbərə görə, saxta tibb bacısı qurbanlarını avtomobil qarajında peyvəndləyirmiş. Yayılan şok görüntülər dəhşətin miqyasını gözlər önünə sərir. Hazırda Braziliyada koronavirus pandemiyası kabusa dönmüş vəziyyətdədir. Braziliyada günlük ölüm sayı dünən ilk dəfə olaraq 4 mini ötüb. Xəstəxanalarda boş yer artıq qalmayıb. Bəzi şəhərlərdə xəstələr müalicə olunmalarını gözləyə-gözləyə can verir. Yalnız Braziliyanın deyil, Cənubi Amerikanın ən böyük şəhəri San-Pauloda ölənlərin sayı sürətlə artdığından məzarlıqdakı bəzi köhnə məzarları boşaldıb yeni vəfat edənləri dəfn etmək məcburiyyətində qalıblar. Köhnə məzar yerlərindən 56 cəsəd çıxarılıb. Məzarlardan çıxarılan insan cəsədləri böyük çantalara yerləşdirilərək başqa əraziyə daşınıb. Bu işi görənlərin ağ libaslara bürünməsi də gözdən qaçmayıb. Belə bir vəziyyətdə bir qadının saxta tibb bacısı rolu oynayıb insanları duzla su ilə “peyvənd” etməsi dəhşətli olduğu qədər də insani cinayətdir. Yerli media yazır ki, saxta tibb bacısı duzlu suyun hər dozası üçün 105 dollar alırmış. Bununla o, ümumilikdə 5 min 500 dollar pul qazanıb. “Tibb bacısı” əksər hallarda San-Paulonun varlıların yaşayan Qutierez bölgəsində mənzillərə girdiyi, bəzi hallarda isə qurbanlarına avtomobil qarajındaca “peyvənd” iynəsi vurduğu məlum olub. Braziliya federal polisi qadının ən az 57 nəfəri aldatdığını təxmin edir. Qadın ələ keçdikdən sonra aparılan araşdırmalar və istintaq nəticəsində izlərin Belo Horizontdakı bir daşınma şirkətinə qədər uzandığı üzə çıxıb. Bu, Romulo və Robson Lessa qardaşlarının sahibi olduğu “Saritur” şirkətidir. Saxta tibb bacısının insanları aldadaraq duzlu su “peyvəndi” vurduğu avtobus qarajı bu qardaşlara məxsusdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə