Sumqayıtda yeməkxanada qaz balonu partlayıb, xəsarət alan var




Sumqayıtda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan yeməkxanada 5 litrlik qaz balonunda partlayış baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə mətbəxin yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.
Yanğın nəticəsində 1 nəfər xəsarət alıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.