Bu qəsəbə gün görmür

Sakinlər ağıllı bir həll yolu tapıblar






Şimal Avropa ölkələrindən olan bu yer olduqca soyuq bir coğrafiyadadır. Ancaq bu ölkələrin içində bir ölkə və o ölkənin içində də elə bir qəsəbə var ki, günəşdən faydalana bilmir.

Norveçin paytaxtı Oslonun 150 kilometr qərbində yerləşən Rjukan qəsəbə sakinləri ildə 6 ay boyunca günəşin üzünü görə bilmirlər. Günəşə həsrət qalan bəxtsiz qəsəbənin ətrafı yüksək dağlarla əhatələnib və qəsəbə tam olaraq vadi altında qalır; buna görə də ilin böyük bir hissəsi günəş işığı ala bilmir. Rjukan qəsəbə sakinləri ağıllı bir həll yolu tapıblar. Qəsəbənin tam qarşısındakı təpənin ən yüksək nöqtəsinə nəhəng aynalar yerləşdirmişlər və artıq günəşli günlərin dadını çıxarırlar. Heliostat olaraq bilinən bu gün salıcı aynaların xərci isə 835 min dollar.