PKK qatara minalı hücum təşkil etdi




Terror təşkilatı PKK, Bingöldə Ankara-Tehran marşurutu ilə hərəkət edən qatara minalı hücum təşkil etdi. Hadisədə can itkisi olmasa da vaqon və relslərə ziyan dəydi.
Alınan məlumata görə, terrorçuların dəmiryoluna döşədikləri mina, Ankara-Tehran marşurutu ilə hərəkət edən 11512 saylı Trans Asiya qatarının keçişi zamanı uzaqdan əmrlə partladıldı.
Hadisə yerinə çoxlu sayda təhlükəsizlik işçilərinin cəlb edildiyi bildirilir.