Mario Qomez “Beşiktaş”la rəsmi müqavilə imzalayıb







Futbol üzrə Almaniya millisinin üzvü Mario Qomez bu gün "Beşiktaş”la rəsmi müqavilə imzalayıb.
Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İstanbul klubu alman futbolçunu İtaliyanın "Fiorentina" klubundan bir illik icarəyə götürdüyünü ictimaiyyətə bildirib. Məlumatda bildirilir ki, "Beşiktaş” Qomezə bir illiyinə 3,5 milyon avro ödəcəyək.