11 Noyabr: 60-dan çox ölkə lideri Parisə toplaşacaq - Nə səbəbə ?




 
"ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin də daxil olmaqla dünyanın 60 -dan çox ölkəsinin başçısı bu il noyabrın 11-də Parisə toplaşacaq".

"Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Fransa hökumət evindən məlumat verilib.    

Xəbərdə deyilir ki, liderlər Fransa prezidenti Emmanüel Makron və Almaniya kansleri Angela Merkelin təşəbbüsü ilə Parisdə Birinci Dünya Müharibəsinin başa çatmasının 100-cü ildönümünün yüksək səviyyədə qeyd olunmasına dair təşkil olunacaq mərasimə qatılacaqlar. 

E.Makron, 4-9 noyabr tarixləri arasında Fransada "xatirə rouminq"i reallaşdıracaq,

Tərcümə etdi: Ayyət Əhməd