11 Sentyabr hadisələrində öldü, 15 il sonra dəfn olundu






ABŞ-da 11 sentyabr hadisələrində həyatını itirən şəxs 15 il sonra torpağa tapşırılıb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, dəfn mərasiminin 15 il sonra keçirilməsinə səbəb Stek adlı şəxsin katolik inancı olub.

Belə ki, bu inanca görə, ölən şəxsin bütün üzvləri olmadan torpağa tapşırmaq olmaz. Lakin dağıntıların altından Stekin sadəcə kostyumunun pencəyi tapılıb.
Illər sonra ailəsi onun ölmədən 18 ay əvvəl xərçəng xəstəsi olan bir uşağa qan verdiyini, lakin uyuşmadığı üçün həmin qanın saxlanıldığını xatırlayıb.

Beləliklə, ailə və dostlarının iştirakı ilə içərisində Stekin qanı olan qalaca qab torpağa tapşırılıb.