11 yaşlı məktəblini maşın vurdu - Sabirabadda





Sabirabad rayonunda avtomobil piyadanı vurub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonun Şıxsalahlı kəndində 2007-ci il təvəllüdlü Səringül Rafiq qızı Rami bu gün səhər saatlarında məktəbə gedərkən "VAZ 21 07” markalı avtomobil tərəfindən vurulub. 

Məktəbli qız kəllə-beyin travması ilə sürücü tərəfindən Şirvan şəhər Xəstəxanasına çatdırılıb.Onun vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.