Həkimlər şoka düşdü

3 yaşlı qız infarktdan keçindi



Türkiyənin Aydınlı bölgəsin də üç yaşlı qız uşağı infarkt nəticəsində həyatını itirdi. İş adamı olan Yıldıray Dayananın 3 yaşlı qızı Tülin Deren Duran, xəstələnincə dövlət xəstəxanasında müalicə altına alındı.

Uşağın dayanan ürəyi həkimlərin müdaxiləsi ilə işlədildikdən sonra, təcili yardımla Adnan Menderes xəstəxanasına köçürülüb. Burada da müalicəsi aparılan kiçik qızın ikinci dəfə ürəyi dayanıb. Bütün müdaxilələrə baxmayaraq Duran vəfat edib və o gözyaşları ilə torpağa

tapışırılıb. Balaca qızın qaraciyər çatışmazlığı xəstəsi olduğunu ifadə edən yaxınları, uşağın, 10 gün əvvəl qarın ağrısı şikayətiylə müraciət etdikləri xəstəxanada müalicə aldığını, ancaq yaxşılaşa bilmədiyini ifadə etdi.