Abbas Abbasov: Fransa Qəmər Adaları İttifaqına dair məsələlərin müzakirəsini əngəlləyir

"Fransa 1995-ci ildən bəri bütün beynəlxalq təşkilatlarda Qəmər Adaları İttifaqına dair məsələlərin müzakirəsini əngəlləməkdədir".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib.

O deyib ki, rəhbəri olduğu qrupu bölgədə müxtəlif sahələrdə yaranmış problemlərin həllinə dəstək verəcək:

"1995-ci ildən sonra bütün beynəlxalq təşkilatlarda həm Mayotun işğalı, həm Qəmər Adaları İttifaqı ilə bağlı məsələlər Fransa hökuməti tərəfindən bloklanıb. Bakı Təşəbbüs Qrupu bu məsələni 26 ildən sonra qaldıraraq, bu bununla bağlı qətnamələri beynəlxalq təşkilatların diqqətinə çatdırdı. Bakı Təşəbbüs Qrupu BMT və digər beynəlxalq təşkilatların qətnamələrinin yerinə yetirilməsi istiqamətində təşəbbüs göstərir. Biz hesab edirik ki, həm Mayot adası, həm də digər adalar Qəmər Adaları İttifaqının ayrılmaz tərkib hissəsidir. Bildirmək istəyirəm ki, Bakı Təşəbbüs Qrupu ilə Maore Komitəsi arasında bu konfransın yekunlarına dair memorandum imzalanacaq. Bu sənəd çərçivəsində Bakı Təşəbbüs Qrupu Qəmər Adaları İttifaqına siyasi, iqtisadi səhiyyə, təhsil və digər sahələrdə yaranmış problemlərin həllinə dəstək verəcək".