Bakıda keçirilən konfrans çərçivəsində memorandum imzalanıb

"Qəmər Adaları İttifaqının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu ilə Maore Komitəsi arasında memorandum imzalanıb.

APA xəbər verir ki, sənədə əsasən sözü gedən bölgəyə müxtəlif sosial problemlərin həlli və digər məsələlərdə dəstək göstəriləcək.

Qeyd edək ki, Qəmər Adaları İttifaqına daxil olan dövlətlər Fransanın müstəmləkə əraziləridir.