Putini Monqolustanda həbs etmək cəhdi... - Medvedyev

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinə qarşı orderi icra etmək cəhdlərindən ehtiyatlı olmalıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Bu yarımçıq qalmış “məhkəmə”nin hakim və prokurorlarının yerinə olsaydım, ən böyük qorxum o olardı ki, dəlilərdən biri onların qanunsuz əmrini icra etməyə cəhd etsin. Bu halda onların həyatı bu kağız parçasından baha olmayacaq”, - o bildirib.