Həccdə bayram faciəsi: 310 ölü







Səudiyyə Ərəbistanının Məkkə şəhərinin 5 kilometr yaxınlığında yerləşən Minada yaranan izdihamda ən azı 310 nəfər ölüb, 450 nəfər yaralanıb.
Zəvvarlar arasında tələfat şeytana daş atılmasından sonra olub.
Səudiyyə Ərəbistanda baş verən faciədən sonra twitter vasitəsilə açıqlama yayan mülki təhlükəsizlik orqanları 400 nəfərin də yaralandığını bildirib. Dəhşətli faciənin itki sayı getdikcə büyüyür.