Cəbhədə güclü atışma: dinc sakin yaralandı

Ermənistan Silahlı Qüvvələrinin təxribatı bayram günlərində də davam edir







Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində dinc sakin yaralanıb.

ANS PRESS-in məlumatına görə, cəbhənin Qazax istiqamətində Kəmərli kəndinin sakini Esmira Dursunova qarşı tərəfdən açılan atəş nəticəsində yaralanıb. Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hal- hazırda vəziyyəti orta-ağırdı.

Yerli sakinlərin verdiyi məlumata görə, qarşı tərəf kəndi iriçaplı silahlardan atəşə tutub. Atışma gecəyarıyadək davam edib.

Azərbaycan hərbçiləri qarşı tərəfə cavab atəşi açıblar.