Bakıda 3 nəfəri maşın vurub: 2 ölü va

Hər iki faktla əlaqədar cinayət işi açılıb




Bakı şəhər Baş Polis İdarəsi paytaxtda baş vermiş ağır yol qəzalarıilə bağlı məlumat yayıb. Sentyabrın 26-sı saat 13:20 radələrində, Xətai rayonu Gəncə prospektində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Romanoğlu idarə etdiyi «Jeep-Grand Cherokee» markalı avtomobillə Culfa rayon sakinləri - 1988-ci il təvəllüdlü Gülnar Əsgərovanı və oğlu 2009-cu il təvəllüdlü Fərid Cəfərovu vurub. Nəticədə, hər ikisi xəstəxanaya yerləşdirilib və F.Cəfərov aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.
Bundan başqa sentyabrın 27-isaat 22:30 radələrində, Nizami rayonu M.Əliyev küçəsində Bakı şəhər sakinləri - 1961-ci il təvəllüdlü Vladislav Əliyev idarə etdiyi «Opel-Astra» markalı avtomobillə piyada 1955-ci il təvəllüdlü İsrafil Məstəliyevi vurub və nəticədə, İ.Məstəliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.