116 il sonra: Kanadadan Qarsa döndülər, Azərbaycana da gələcəklər

Atalarının məzarını axtarırlar
Rusiyadan gəldikləri Qarsdan 116 il əvvəl Kanadaya köç edən Doukhoborlar Qarsın Akyaka qəsəbəsinin Qaraxan kəndinə gələrək atalarının məzarını axtardı.
Müharibə əleyhdarı olan və 1921, 1961, 1962-ci illərdə Qarsdan köçərək Rusiya, Amerika, Avstraliya kimi dünyanın müxtəlif ölkələrinə köçən malakanlar kimi eyni qədəri paylaşan Duhoborlar, 116 il sonra Kanadadan Qarsa döndülər. Qrup liderliyini Verna Pastnikoffun (müəllim) etdiyi Duhoborlara, Amerikalı malakan tarixçi Andrei Conovaloff ilə Qars Mədəniyyət və Sənət Dərnəyi başçısı, araşdırmaçı yazar Vedat Akçayöz yoldaşlıq etdi.
Akyaka qəsəbəsinə aid Qaraxan kəndini gəzən rus əslli 10 nəfər Qaraxan kəndində müharibə əleyhdarı olan atalarının 1895-ci ildə toplu silahlarını yandırdıqları bölgədə, yerə çörək, su və duz qoyaraq dini mərasim təşkil etdi. Barış və qardaşlıq mesajları verən və dua edən Duhoborlar, gələcək üçün 100 şam ağacı əkərək «Duhobor barış ieşəsi»nin təməlini qoydular.
Qarsda 4 gün qalan və tarixi yerləri də gəzən Duhoborlar, araşdırma apardıqları Qaraxan kəndindəki bəzi məzarları, evlərdəki atalarından qalma əşyaları görüncə həyəcanlandı. Duholorlar, Qarsdan sonra sıra ilə, Gürcüstan, Azərbaycan və Rusiyada köklərinin axtarışını davam edəcəklərini bildirdi.
Araşdırmaçı yazar Vedat Akçayöz Qarsın Porsuqlu, Quyucuq, Şahnalar ilə Qaraxan kəndində məskunlaşan 2 min Duhoborun, çar Rusiyasının zülmündən qaçaraq Kanadaya yerləşdiklərini bildirir. Akçayöz, belə əlavə edir:
"Duhoborlar, müharibəyə, kilsəyə qarşı çıxan və vasitəsisiz yaşamağa çalışan, bu səbəblə də davamlı yerlərini dəyişən və ölkədən- ölkəyə köç etmək məcburiyyətində qalan bir xalqdır. Duhoborların tarixdə Qaraxan kəndində toplu silahlarını yandırdıqları bilinir. İllər sonra atalarının məzarını tapmaq üçün Qarsa gələn qonaqlar, xoşbəxt şəkildə ayrıldı."