Oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana işgüzar səfəri başa çatıb.
APA-nın məlumatına görə, bundan əvvəl dövlət başçısı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adından MDB dövlət başçılarının şərəfinə verilən işçi səhər yeməyində iştirak edib.
Xatırladaq ki, oktyabrın 16-da Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.