Birləşmiş Ərəb Əmrlikləri, Qətər, İran, İraq və Suriya kimi ölkələrin vətəndaşlarının Türkiyədə iqamətgah və torpaq almaq üçün ən çox seçdiyi şəhərlər arasında yer alan Yalovada türkcənin yanında ərəbcə elan və tabellərdəki artım diqqəti çəkir.
Termal qəsəbəsində təbiəti və dəniziylə turistlərə fərqli alternativlər təqdim edən Yalovada ərəb turistlərin marağı artdıqca şəhər mərkəzindəki sahil mənzərəli iqamətgahların qiymətləri böyük nisbətdə bahalaşdı.
Yalovada əmlakçılıq edən Erkan Evin də şəhərdə əmlakçıların çoxunun tabellərində artıq ərəbcə yazılar olduğunu söylədi.
Ərəblərin şəhərdəki sərmayələrinin artdığını ifadə edən Evin, bunları söyləyir:
"Ərəblərə iqamətgah satışında Türkiyədə üçüncü yerdə ola bilərik. Bu anda mərkəzdə, yəni Fateh prospektindəki qiymətlər 750 min lirədən başlayır, 1 milyon dollara qədər çıxır. Amma sahilə uzaq Hacımehmet Düzənliyi və bəzi yerlərdə 350 min lirəyə də evlər satılır. Ərəblərin çox olmasına görə yerli əhali hazırda yer ala bilmir, amma bu qiymətlər zamanla dəyişəcək, yerli müştərilərimiz də alıb-satacaqlar."