Rusiya prezidenti Vladimir Putin göyərtəsində 224 nəfərin olduğu "Koqalımavia" şirkətinə məxsus olan sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması ilə əlaqədar 1 noyabrın tarixini matəm günü elan edib.
APA-nın xəbərinə görə, V. Putin müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, bu gün göyərtəsində 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfərin olduğu "Koqalımavia" şirkətinə məxsus olan sərnişin təyyarəsi Misirdə qəzaya uğrayıb. "Reuters" agentliyi yazır ki, təyyarə tamamilə parçalanıb, göyərtədə olan 224 nəfərin hamısı ölüb.