Samir Şərifov: "Beynəlxalq Bankın kollektivinin 25-30 faizi ixtisar olunacaq"





Azərbaycan Beynəlxalq Bankında (ABB) ciddi ixtisarlar aparılacaq.
Bunu "APA-Economics"ə maliyyə naziri Samir Şərifov bildirib.
Nazir qeyd edib ki, bu addım bankda qənaət rejiminin tətbiqi ilə bağlıdır: "Bankın kollektivinin 25-30%-i ixtisar olunacaq. Bu, qənaət rejiminin tətbiqi ilə bağlıdır".
S. Şərifov bildirib ki, bankda korporativ idarəetmə da xeyli təkmilləşdiriləcək.
Bundan başqa, nazir əlavə edib ki, ABB-nin sağlamlaşdırılması prosesi öz axarı ilə davam edir: "Bildiyiniz kimi, problemli aktivlər "Aqrarkredit" tərəfindən alınır. Bir sözlə, bankın sağlamlaşdırılması istiqamətində bütün zəruri tədbirlər görülür".
Qeyd edək ki, bu gün S. Şərifov parlament seçkilərində iştirak etmək üçün 36 saylı Xətai IV seçki dairəsinin 6 saylı seçki məntəqəsinə gələrək səs verib.
Nazir bildirib ki, seçki prosesi yüksək səviyyədə təşkil olunub: "Səsvermə şəraiti yaxşıdır. Hesab edirəm ki, seçicilərin fəallığı da kifayət qədər yüksək səviyyədədir".