"İndiyə kimi bir neçə məntəqədə olmuşuq, qənaətimizcə, hər şey öz qaydasındadır”.
Bunu APA-nın cənub bürosuna Lənkəranda parlament seçkilərini müşahidə edən Almaniyanın "Yaşıllar” Partiyasının nümayəndəsi Elizabet Aytman bildirib. Onun sözlərinə görə, seçki məntəqələrində yaradılmış şərait qənaətbəxşdir: "Müşahidə prosesində bəzən adamların az gəldiyinin şahidi olduq. Bu da çox güman ki, yağmurlu hava şəraiti ilə bağlıdır. Çox halda isə seçicilər qrup şəklində gəlməklə seçkilərdə iştirak edirlər”.
Almaniyalı müşahidəçinin sözlərinə görə, Azərbaycanda birinci dəfədir, belə bir məsul missiyanı yerinə yetirir: "Ölkəniz məni çox maraqlandırır, burda yaşayan insanlar çox mehribandırlar. Seçki prosesi zamanı elə bir problem olmayıb, doğrudur seçicilərin bəziləri şəxsiyyət vəsiqələrini unudub evdə qoysalar da, sonradan qayıdıb səs verirdilər. Deyə bilərəm ki, sizdə seçkilər demokratik şəkildə keçir”.