"Cəzaçəkmə müəssisələrində keçirilən səsvermədə hər hansı qanun pozuntusu aşkarlanmayıb”. Bunu APA-ya Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) rəhbəri Rəşid Rumzadə deyib.
O bildirib ki, cəzaçəkmə müəssisələrində səsvermə tam normal qaydada davam edir.
MPQ-nun rəhbəri qeyd edib ki, Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrindəki səsvermə ilə bağlı vaxtaşırı məlumat verirlər: "Bütün cəzaçəkmə müəssisələrində məhkumlar tam sərbəst şəkildə müvəqqəti seçki məntəqələrinə yaxınlaşaraq öz səslərini verirlər. Səsvermə prosesi normal şəkildə davam edir”.