Noyabrın 1-i Azərbaycan Respublikasının tarixində növbəti parlament seçkiləri günüdür.
Prezident İlham Əliyev səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəlib.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər.
Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov ilk dəfə səs verməsi münasibətilə Heydər Əliyevi Mərkəzi Seçki Komissiyasının adından təbrik etdi. (AzərTac)