MSK: Saat 15.00-dək seçicilərin 42,9 faizi səsvermə hüququndan istifadə edib





 Azərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı növbəti rəsmi məlumat açıqlanıb.
APA-nın xəbərinə görə, MSK İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 15:00-a qədər olan məlumata görə, respublika üzrə 2 230 750 seçici səs verib, seçici fəallığı 42,9 faizdir.
Ölkə üzrə ümumi seçicilərin sayı 5 198 658 nəfərdir.