Səsvermə başa çatdı

125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır




Bu gün V çağırış Milli Məclisə keçirilən seçkilərdə səsvermə prosesi başa çatıb.
APA-nın məlumatına görə, Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.
Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.
Səhər saat 8:00-da səsverməyə start verilib, saat 19:00-da isə səsvermə bitib.