Siyasi şərhçi vurğulayıb ki, bir çoxları 3-cü dünya savaşının getdiyini, başqaları isə bəşəriyyətin həmin müharibənin astanasında olduğunu vurğulayırlar:
"15 ildə qazanılan uğurlar ölkəmizin davamlı inkişafının təminatıdır" - Açıqlama
16:06 16.10.2018
Arxiv
538
"Azərbaycan 15 ildə xeyli inkişaf edib, Avropa və Asiya arasında mədəniyyət, idman, enerji-kommunikasiya körpüsünə çevrilib. Keçmiş sovet respublikalarından heç biri bu səviyyədə yüksələ bilməyib”.Bunu "Sherg.az”a açıqlamasında tanınmış politoloq Nəzakət Məmmədova deyib.
Siyasi şərhçi vurğulayıb ki, bir çoxları 3-cü dünya savaşının getdiyini, başqaları isə bəşəriyyətin həmin müharibənin astanasında olduğunu vurğulayırlar:
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 15 ili dəyərləndirən ekspertin sözlərinə görə, keçmiş sovet respublikalarının əksəriyyəti ya Qərbə inteqrasiya edib, ya da Rusiyanın nəzarətində olan hərbi-siyasi, iqtisadi-ticarət təsisatlarında üzvlüyə razılaşmağa məcbur olublar:
"Heç bir ölkə bu məkanda Azərbaycan qədər öz müstəqilliyini qoruyub-saxlamaq iqtidarında olmayıb. Azərbaycan dünya siyasətində əksər güc mərkəzləri ilə münasibətlərini bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında davam etdirməyə müvəffəq olub. Beynəlxalq münasibətlərin hamılıqla qəbul olunmuş prinsipləri əsasında siyasətini quran Azərbaycan real politikanı tamamilə istisna etməyərək, yeri gələndə onun müəyyən çalarlarını öz siyasətinə qatmaqla praqmatik siyasi xətt yeridib”.
Analitik bildirib ki, dünyada 2003-cü ildən bəri çox şey dəyişib. Təəssüf ki, bu dəyişikliklər sülhün, təhlükəsiziyin, əmin-amanlığın xeyrinə yox, əksinə Yer kürəsinin ayrı-ayrı bölgələrində yeni münaqişələrin yaranması, mövcud münaqişələrin həll olunmaması, iqtisadi böhranların dərinləşməsi, terrorçuluq və separatizmin geniş vüsət alması ilə səciyyələnib:
"Azərbaycanın olduğu bölgə həssas və mürəkkəb regionda, təhdidlərə ən kövrək geosiyasi mövqedə yerləşir. Rusiya, İran, Türkiyə qonşu olan, Mərkəzi Asiya, Avropa və Orta Şərq bölgəsinin yaxınlığında yerləşən Azərbaycan mürəkkəb şəraitə baxmayaraq, inkişaf edib. Böyük dövlətlərin silahlı qarşıdurması, virtual müharibəsi Azərbaycan üzərindən də yan keçməyib. Ancaq Azərbaycanı enerji mənbəyi, regional güc mərkəzi, əlverişli tranzit ölkə kimi bu cür savaşlara sürükləmək istəyən qüvvələr təzyiq dilində danışmağın mümkünsüzlüyünü dərk edərək, ölkəmizlə anlaşma və hesablaşma yolu tutmağa məcbur olublar. Praqmatizmlə mənəviyyatın sintezini uğurla birləsdirməyi bacaran cənab Prezident Vatikanla yaxşı əlaqələr quraraq, ümrə ziyarətinə gedərək, Qüds sammitində islam dünyasının haqq səsini dünyaya çatdıraraq, bütün səmavi dinlərə və ona etiqad edənlərə eyni cür yanaşdığını ortaya qoyub. Sivilizasiyalararası toqquşmanın geniş vüsət aldığı bir dövrdə Azərbaycan buna cavab olaraq tolerantlıq, multikulturalizm kimi dəyərləri dövlət siyasəti elan edib. Beynəlxalq səviyyəli idman, mədəniyyət tədbirləri keçirməklə dünyanı təkcə enerji boru kəmərləri, nəqliyyat-kommunikasiya ilə deyil, eyni zamanda mənəvi dəyərlərlə birləşdirdiyini göstərib”.
Siyasi şərhçi vurğulayıb ki, bir çoxları 3-cü dünya savaşının getdiyini, başqaları isə bəşəriyyətin həmin müharibənin astanasında olduğunu vurğulayırlar: "Adı nə olursa-olsun, mahiyyət dəyişməz olaraq qalır. Qlobal qarşıdurma, lokal və regional silahlı toqquşmalar, yeni güc tarazlıqlarının formalaşması prosesi sürətlənir. Belə bir zamanda kiçik dövlətlərin müqavimət əmsalı getdikcə zəifləyir. Onlar hansısa qütbün təsir dairəsinə keçir, getdikcə müstəqillikləri nominal atributdan başqa bir şey ifadə etmir. Güc mərkəzlərinin aşkar və ya gizli geosiyasi savaş poliqonuna çevrilən belə ölkələr yerləşdikləri bölgəni də təhlükə mənbəyinə çevirirlər Buna ən bariz nümunə Ermənistandır. Belə bir şəraitdə Azerbaycan üçün müstəqilliyini saxlamaq, işğal amilinə son vermək heç də asan deyil. Regionu əməkdaşlıq mühitindən uzaqlaşdırıb münaqişə, işğal bölgəsinə çevirən Ermənistanın son dövrlərdə daha da azğınlaşması bütün bölgə ölkələrinə əlavə problemlər yaradır. Bundan ən çox əziyyət çəkən Azərbaycandır. Prezident İlham Əliyevin həyata keçirdiyi yorulmaz fəaliyyət həm işğalçıya qarşı mübarizəni, həm beynəlxalq güc mərkəzləri ilə əlaqələrin saxlanılmasını və möhkəmləndirilməsini, eyni zamanda bölgədə və dünyada siyasi, iqtisadi, ticarət, kommunikasiya əlaqələrinin möhkəmləndirilməsini təşviq edir. Bu 15 il ərzində əsası qoyulan uğurların isə Azərbaycanı 21-ci əsrdə inkişafa aparacağına inam böyükdür”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya