12 yaşlı uşaq Putinə sual verdi

"Batsa, ilk kimi qurtararsınız, Ərdoğanımı, yoxsa Poreşenkonumu?"




Rusiya prezidenti Vladimir Putin bu gün hər il ənənəvi olaraq reallaşan "Birbaşa xətt" proqramı çərçivəsində vətəndaşların suallarını cavablandırıb.

Bir çox milli problemlərlə yanaşı beynəlxalq suallara da cavab verən Rusiya dövlət başçısı Vladimir Putinə 12 yaşlı Vara Kuznetsova belə bir sual ünvanladı: Batsalar ilk kimi qurtararsınız, Ərdoğanımı, yoxsa Poreşenkonumu?" 
Putin, bu suala "Biri boğulmağa qərar verdisə, onu qurtarmaq artıq mümkün deyil" cavabını verib.