İlham Əliyev Davudoğlu ilə Qarabağ münaqişəsini müzakirə etdi






İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən XIII Zirvə toplantısında iştirak edən Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, İƏT-in XIII Zirvə toplantısnda qəbul edilən qərarların həyata keçirilməsinə Azərbaycan və Türkiyənin verəcəyi dəstək, regionda və dünyada baş verən hadisələr, o cümlədən Dağlıq Qarabağ münasişəsi müzakirə edilib.