İlker Başbuğ: Ən böyük xəyalım, Türkiyə ilə Azərbaycanın...





Türkiyənin keçmiş Baş qərargah rəisi, təqaüdçü general İlker Başbuğ, Türkiyə- Rusiya arasında savaş ehtimalının  "sıfır" olduğuna işarə etdi. General Atatürk Universitetində, Atatürkçü Düşüncə Dərnəyi tərəfindən təşkil edilən "Milli siyasət, Orta Şərq və Türkiyə" mövzusunda konfransa qatılıb.

Yer olmadığından tələbələrin universitetin nərdivanlarında oturduğu konfransda Başbuğ, ən böyük xəyalını dilə gətirib. Həmişə reallıqdan danışdığını söyləyən Başbuğ, bir vaxtlar könülündən keçən xəyalı olduğunu ifadə edib, "Mənim ən böyük xəyalım, Türkiyə ilə Azərbaycanın tək dövlət olması idi. Zatən deyilmirmi, "tək millət, iki dövlət". Tərcüməçi olmadan bir-birimizlə danışırıq. Amma mümkün deyil, etdirməzlər. Kaş ki şərtlər uyğun olsaydı" deyə danışıb.