Azərbaycanda devalvasiyadan sonra iki özəl təhsil müəssisəsində problem yaşanıb.
APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Elm və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Nərgiz Qaraxanova deyib ki, devalvasiya heç bir dövlət ali təhsil müəssisələrinə təsir etməyib: "Çünki təhsil haqqı ilə bağlı elan veriləndə hər yerdə ödənişi manatla etmək lazım olduğu bildirilir. Yəni heç bir təhsil müəssisələrində xarici valyuta ilə təhsil haqqının ödənilməsi məsələsi yoxdur”.
N.Qaraxanova vurğulayıb ki, tələbə müqaviləni imzalayanda ödəniş məsələsinə diqqət etməlidir. Məsləhətçi əlavə edib ki, bu məsələdə günah təhsil müəssisələrindədir: "Hər iki ali məktəbin rəhbərliyinə bu barədə ciddi irad tutulub. Bildirilib ki, elanda təhsil haqqı necə göstərilibsə, qəbul planı necə təsdiq olunubsa, ödəniş də o pulla ödənilməlidir. Yəni həmin ödəniş məbləğindən nə artıq, nə də əskik ödəniş qəbul olunmamalıdır. Tələbə də məhz həmin məbləği ödəməlidir. Yekunda isə hər iki fakt tələbənin xeyrinə həll olundu”.