16 aylıq uşağın başı bədənindən qopdu

Anasının idarə etdiyi avtomobilin qəzaya düşməsi səbəbindən uşağn başına dəhşətli hadisə gəldi. Jacskon Taylorun hələ 16 aylıqkən kecirdiyi qəzada başı bədənindən qopdu. Avstralyalı körpə tibbin böyük uğuru sayəsində həyata döndü. Anasının idarə etdiyi avtomobilin başqa bir maşınla toqquşması nəticəsində yaralanan Jacskonun başı içəridən, onurğasından tamam qopdu. Həkimlər uşağın onurğasını tellər və öz qabırğasından aldıqları bir parça ilə təkrar birləşdirməyi bacardılar. Həkim Geof Askın: "İlk olaraq bildirim ki, belə qəza keçirən uşaqlar həyatda qalmazdılar, qalsaydılar belə, hərəkət edə bilməzdilər. İşimizi əvvəldən yaxşı tutduq. Bir möcüzə nəticəsində Taylorun toxumaları və sinirləri iki aydan sonra tamamən qaynayacaq və uşaq normal yaşamına dönəcək.