16 il sonra bir ilk reallaşır: AKP CHP-nin mərkəzinə gümüş nimçədə şokolad gətirdi






Türkiyədə, 16 il sonra ilk dəfə hökumət qurulması üçün koalisiya danışıqları reallaşdırılır.
Baş nazir və AKP başçısı Əhməd Davudoğlu, bu saatlarda koalisiya danışıqları üçün CHP-nin mərkəzindədir.
AKP heyətinin, CHP Ümumi Mərkəzinə, gümüş nimçə içərisində şam simiti və şokolad gətirdikləri öyrənildi.