Tural Abbaslı Vahid Azərbaycan Partiyasının sıralarına keçdi






"Siyasi hədəflərə malik olan bir birlik siyasi səhnədə tam hüquqlu bir subyekt kimi fəaliyyət göstərmək üçün hansısa partiyada təmsil olunmalıdır".
Lent.az-ın Report-a istinadən xəbərinə görə, bunu "Ağ blok"un həmtəsisçisi, Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı deyib.
O bildirib ki, "Ağ blok" isə siyasi partiya deyil, seçki bloku kimi yaranıb və fəaliyyət göstərir: "Blokda cəmləşən potensiallı və ambisiyalı gənclər isə daha böyük siyasi hədəflərə malikdirlər. Bütün qeyd olunanları nəzərə alaraq bəyan edirik ki, bu gündən etibarən "Ağ blokun" üzvləri kimi siyasi fəaliyyətimizi 1993-cü ildən ildən fəaliyyətdə olan "Vahid Azərbaycan” Partiyasının sıralarında davam etdirəcəyik. Əminik ki, bu addım tez bir zamanda Azərbaycan siyasi səhnəsində yeni siyasi gücün meydana çıxmasına səbəb olacaq".