Abdullahi: İran Silahlı Qüvvələri hər cür təhdidə dağıdıcı cavab verəcək

Silahlı Qüvvələrin Baş Qərargah rəisi və "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahi ABŞ-yə xəbərdarlıq ünvanlayıb və bildirib ki, İran Silahlı Qüvvələri hər cür təhdidə dağıdıcı cavab verəcək.

"Report" IRIB-yə istinadən xəbər verir ki, o ABŞ ilə İsrailin son hücumlarla İranı məğlub etmək cəhdlərinin iflasa uğradığını xatırladıb.

"Düşmənin hesablamaları bir daha uğursuzluğa düçar olub", - Abdullahi bildirib və əlavə edib ki, İran ordusu zəifləməyib.

O, Livan, Fələstin, Yəmən və İraqdakı müqavimət cəbhəsinin də gücləndiyini bildirib.