“Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat icra olunub

Azərbaycan, Türkiyə və Özbəkistanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssisləri “Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətlərini yerinə yetiriblər.

Sherg.az xəbər verir ki, "Qızılqaya" Təlim Mərkəzində keçirilən təlim zamanı hər üç ölkənin hərbi qulluqçuları vahid komanda tərkibində kiberəməliyyat qrupu kimi fəaliyyət göstəriblər.

Təlimin planına uyğun olaraq kiberəməliyyat qrupu qanunsuz silahlı qruplaşmaların kiberhücumlarının qarşısının alınması və bölmələrimizin informasiya-kommunikasiya sistemlərinin təhlükəsizliyinin təmin olunması üzrə tapşırıqları yerinə yetiriblər.

Kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislər təlimin gedişində bölmələrin taktiki fəaliyyətini dəstəkləmək üçün kibertəhlükəsizlik tədbirlərini yerinə yetirərkən yüksək peşəkarlıq nümayiş etdiriblər.