Prezidentin köməkçisi: "Valideynlərdən vaksinasiya tələb olunmur"

“Bağçalarda və məktəblərdə övladları təhsil alan valideynlərdən vaksinasiya tələb olunmur”.

“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.