BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) “Taliban” hərəkatının liderləri ilə münasibətlərin qurulması üzərində işləri davam etdirir.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə UNAMA-nın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Debora Layons brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, hərəkat liderlərindən bəziləri hələ də müxtəlif ölkələrdədirlər.