Macarıstan Qarabağın bərpasında iştirak etmək istəyir

“Macarıstan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştirak etməkdə maraqlıdır”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə Macarıstanın təhlükəsizlik siyasəti üzrə baş katibi Peter Sztaray deyib.
“Ölkəmiz Qarabağın bərpasına töhfə verə bilər”, - deyə o, qeyd edib.