Stimul Təhsil və Konsaltinq Mərkəzi ASAN İnnovativ İnkişaf Mərkəzi ilə əməkdaşlığa başlayıb

Kadr potensialının gücləndirilməsi, yerli və qlobal bazarda şəxsi və peşəkar inkişafa xidmət edən təlim xidmətlərinin və digər inkişaf proqramlarının təqdim edilməsi məqsədilə ölkənin bir sıra uğurlu təlim şirkətləri ilə əməkdaşlığa başlayan ASAN İnnovativ İnkişaf Mərkəzi ilə Stimul Təhsil və Konsaltinq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Stimul Təhsil və Konsaltinq Mərkəzindən Soydas.aza verilən məlumata görə, Memoranduma əsasən, birgə əməkdaşlıq çərçivəsində müxtəlif istiqamətlər üzrə təlim planı və proqramlar hazırlanacaq, şəxsi və peşəkar inkişafa xidmət edən birgə layihələr, tədbirlər, proqramlar, kurslar və s. təşkil ediləcək. Eləcə də, hüquqi və fiziki şəxslərin ehtiyaclarına uyğun olaraq bilik, bacarıq və səriştələrin formalaşdırılması və ya artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə kadr hazırlığı həyata keçiriləcək.