“800 manat pul düzəldib xidməti otağındaq verib”
Rüşvət almaqda ittiham olunan müstəntiqin məhkəməsi başladı
Dünən Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrliyi ilə Rüfət Səfərovun məhkəmə baxışı iclası keçirilib. Məhkəmə iclasında şahid Şaiq Məcid oğlu Əliyev dindirilib. Şaiq Əliyev ifadəsində ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə yanaşı bildirmib ki, 2001-ci ildən Zərdab rayonu Baytarlıq İdarəsinin Yuxarı Seyidlər və Sileyli kəndlərində texnik işləyir. Rayonun Bıçaqçı kənd sakini Babək Hacıyev 2014-cü ilin fevral ayının sonlarında ondan və idarənin müdiri Mənsim Pənahovdan rayon prokurorluğuna şikayət edib. Prokurorluğun müstəntiqi Rüfət Səfərov onu dəvət edib, izahatını almış və Bıçaqçı kəndində ona məxsus baytarlıq aptekinə baxış keçirilib. Bundan bir müddət sonra Mənsim Pənahov ona Rüfət Səfərova 500 manat pul verdiyini və cinayət işinin başlanmasının rədd edildiyini bildirib.
Qeyd edək ki, istintаqın ilkin mərhələsində tоplаnmış sübutlаrlа müəyyən оlunmuşdur ki,R. Səfərоv 2014-cü ilin fеvrаl аyının sоnlаrındа Zərdаb rаyоn prоkurоrluğunun müstəntiqi işlərkən, Zərdаb rаyоnu Bаytаrlıq İdаrəsinin müdiri Mənsim Məhəmmədəli оğlu Pənаhоvun bаrəsində rаyоn sаkini Bаbək Zаyid оğlu Hаcıyеvin şikаyəti ilə əlаqədаr icrааtındа оlаn аrаşdırmа mаtеriаlı üzrə cinаyət işinin bаşlаnmаsının rədd еdilməsi hаqqındа qərаrın qəbul оlunmаsı üçün Mənsim Pənаhоvdаn 500 (bеş yüz) mаnаt pulu birbаşа yоllа şəхsən özü üçün rüşvət kimi аlmışdır. Bundan sonra Rüfət Səfərov onu rayon prokurorluğuna dəvət etməmişdir.
Şahid Hüseynov Şamo Seyid oğlu ifadəsində göstərdi ki, 2003-cü ilin yanvar ayından Zərdab rayonu İHB-nın Məlikli kəndi üzrə nümayəndəsi v işləyir. Zərdab rayonu Burunlu kənd sakini Məmmədov İntizam Nizam oğlu 2014-cü ilin may ayında onun hərəkətlərindən Zərdab rayon prokurorluğuna şikayət etmişdir. İntizam öz pay torpaq sahəsini əkmədiyi halda, əkin üçün ayrılan subsidiyanı almaq üçün torpaq sahəsində əkin işləri aparması barədə sənədləri təqdim etmiş, sahəyə baxış keçirilərkən əkin aşkar olunmadığından sənədləri qəbul etməmişdir. 2014-cü ilin mayında Zərdab rayon prokurorluğunun müstəntiqi R.Səfərov onu rayon prokurorluğuna dəvət etmiş və İ. Məmmədovun şikayəti əsasında izahatını almışdır. Bundan sonra Rüfət onu dəfələrlə rayon prokurorluğuna dəvət etmiş, əməlində mənimsəmə cinayətinin tərkib əlamətləri olduğunu, özünün əvvəllər Kənd Təsərrüfatı Nazirliyində işlədiyini, buna görə də subsidiya ayrılması qaydalarından məlumatı olduğunu, əkin sahələrinin yerində yoxlanılması barədə komissiya təşkil edəcəyini bildirib. Və barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək üçün ondan 1000 manat pul tələb etmişdir. Lakin onun həmin məbləğdə pulu olmadığından may ayının sonlarında cəmi 800 manat pul düzəldib Rüfətə xidməti otağındaq verib. Rüfət etiraz etməmiş, pulu qəbul etmiş, lakin pulu qəzetin arasından çıxarıb saymamışdır. Rüfət ona haqqında olan material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edəcəyinə və onu narahat etməyəcəyini demiş, bir neçə gün sonra Rüfətlə əlaqə saxlamış və ondan artıq barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini öyrənmişdir.
Həmçinin o, ifadəsində göstərir ki, 800 manat pul əmək haqqından yığıb saxladığı və özünə məxsus xırda buynuzlu heyvanların satışında əldə etdiyi vəsait hesabına toplanmışdır. R.Səfərovun pul istəməsi barədə müstəntiq işlədiyi üçün onun vəzifəsindən çəkinib rayon prokuroruna, rayon məhkəməsinə və ya yuxarı prokurora şikayət etməmişdir.
Dövlət ittihamçısı Aydın Əliyev çıxış edərək Rüfət Səfərova 3 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsini istəmişdir.
Vəkil çıxış üçün vaxt istəmiş və məhkəmə sentyabrın 8-nə saat 9-30-a təyin edilmişdir.
Xatırladaq ki, Rüfət Səfərov Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə ittiham olunur. 15 yаnvаr 2015-ci il tаriхdə Rüfət Səfərоvа Аzərbаycаn Rеspublikаsı CM-nin 311.3.2-ci mаddəsi ilə ittihаm еlаn оlunmuş və həmin tаriхdə bаrəsində Bаkı şəhəri Binəqədi rаyоn məhkəməsinin qərаrı ilə həbs qətimkаn tədbiri sеçilmişdir. Binəqədi rаyоn məhkəməsinin 22 yаnvаr 2016-cı il tаriхli qərаrı ilə Rüfət Səfərоvun bаrəsində sеçilmiş həbs qətimkаn tədbiri еv dustаqlığı qətimkаn tədbiri ilə əvəz еdilmişdir.