Azərbaycanda zəlzələ olub




Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ dünən saat 20.57-də Zaqatala rayonundan 19 km şimal-qərbdə, Balakən ərazisində qeydə alınıb.
Zəlzələ Balakən ərazisində 4 bal, Zaqatala ərazisində 4 bala yaxın, episentrə yaxın ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.