Bakıda möcüzə kimi olay: 6-cı mərtəbədən yıxılan uşaq sağ qalıb




Bakıda daha bir azyaşlı hündürlükdən yıxılıb. Lent.az-ın məlumatına görə, Nizami rayonu İ.Məmmədov küçəsi 11, mənzil 45-də yaşayan 2015-ci il təvəllüdlü Lətifov Cavidan Vilayət oğlu doqquzmərtəbəli binanın 6-cı mərtəbəsindən yıxılıb. Xoşbəxtlikdən o sağ qalıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.