50 il idi görünmürdü


Anadolu bəbiri yenidən peyda olub

   Türkiyənin Əkin və Meşə naziri Vahit Kirişçi 1974-cü ildən bu yana gözə dəyməyən və nəsli kəsilmiş zənn edilən Anadolu bəbirinin yenidən peyda olduğunu bildirib. 

“Dünya Biomüxtəliflik Günü” tədbirlərinə qatılan nazir biomüxtəlifliyin qorunması üçün son illərdə gərgin çalışmalar aparıldığını deyib. Nazir deyib ki, Türkiyə bioloji müxtəlifliyin kəsişdiyi bir coğrafiyadır. 

1974-cü ildən bu yana görünməyən Anadolu bəbiri bu günlərdə müşahidə kameralarına tuş gəlib. Anadolu bəbirinin nəsli kəsilmiş olduğu  zənn edilirdi. Lakin bəbir Anadolu torpaqlarını tərk etməyibmiş.

 İndi nazirliyin qarşısında duran ən ümdə məsələ bəbirin nəslinin artırılması üçün gərəkli çalışmaları həyata keçirməkdir. Bəbirlərin yaşaması, həyatda qalmaları üçün lazımi qidaya ehtiyacları var. Nazirlik bu heyvanın qidalanmasını təmin etməyə çalışacaq. 

Anadolu bəbiri fotokapan vasitəsilə hiss edilmədən təqib altında olacaq. Hara getdiyi, hansı məkanlarda olduğu müşahidə altında saxlanacaq.