Çay Azərbaycanda ən çox içilən içkidir. Vətəni çin olan çay 1912-ci ildə ilk dəfə Lənkəranda əkilməyə başlamış və xalqımızın vazkeçilməzinə çevrilmişdir. Bu içki ilə bağlı müxtəlif ənənələr var. Bunlardan ən maraqlısı qəndi çaya batırıb içməkdir. Bu ənənənin tarixi 19-cu əsrə gedib çıxır. Danışılan rəvayətlərə görə ingilis tacirləri İrana qənd gətirir, lakin axundun haqqını vermirlər.Axund da cümə namazı zamanı camaata deyir ki, ingilis qəndini yemək olmaz çünki, kafir malıdır. Onun bu sözlərindən sonra qənd alan olmur. Tacirlər məcbur qalıb axundun pulunu verirlər. Axund növbəti cümə namazından sonra insanlara deyir ki, qəndi çaya salıb qüsl etdikdən sonra yemək lazımdır. Belə etdikdə o, paklanacaq və haram hesab edilməyəcək."
Sonralar bu adətin məğzi unudulsa da, ənənəyə çevrilərək günümüzə qədər gəlib çatıb.