Bu ölkədə başa toxunmaq və ya onun üzərindən nə isə ötürmək kobudluq sayılır

Ən çox səyahət edən insanlar belə, getdikləri yerdə davranış qaydaları  sərgiləməkdə bəzən səhv edə bilərlər. Sherg.az onlardan birini təqdim edir. 

Tailand və Malayziya kimi Cənub-Şərqi Asiya ölkələrində insanlara toxunarkən diqqətli olmaq lazıdır. Kuala Lumpurda baş bədənin ən müqəddəs hissəsi kimi qəbul edilir, kiminsə başına toxunmaq və ya onun üzərindən nə isə ötürmək kobudluq kimi qəbul edilir.

Bu, kiçik uşaqların saçlarını sığallamaq kimi qeyri- rəsmi vəziyyətlərə də aiddir. Eyni şey Tayland üçün də keçərlidir; baş ruhun oturacağı kimi görünür. Bu inancın mənbəyi Buddizmdir.