Bu gündən “Internet Explorer” “istefaya” göndərilir


ABŞ-ın “Microsoft” şirkəti “Internet Explorer 11” brauzerini dəstəkləməyi dayandırır. IT nəhəngi bu barədə mayın 19-da qərar qəbul edib.

Bununla belə brauzer hələlik “Windows” əməliyyat sisteminin bəzi versiyalarında işləyəcək.

Şirkət qərarını onunla izah edib ki, “Microsoft”un digər layihəsi, 2015-ci ildə istifadəyə verilmiş “Edge” “Internet Explorer 11”in əsas funksiyalarına malikdir, bundan əlavə köhnə və müasir veb-saytlar, tətbiqlər üçün dəstək göstərməyə qadirdir.

“Microsoft Edge” bu və digər funksiyaları öz üzərinə götürə bildiyinə görə, “Internet Explorer 11”in fəaliyyəti dayandırılacaq, ona texniki dəstək isə 2022-ci il iyunun 15-də başa çatacaq”, - deyə şirkətin açıqlamasında deyilir.

Şirkət brauzerin fəaliyyətinin dayandırılmasından bir il əvvəl brauzerin bütün istifadəçilərinə bildiriş göndərəcək.

Mənbə: Mk.ru