Rusiyada “Windows” əməliyyat sistemlərində problem yaranıb

Rusiyadakı “Microsoft” müştəriləri kompüterləri üçün “Windows 10” və “Windows 11i” əməliyyat sistemlərini yükləmək və yeniləməkdə problemlərlə üzləşiblər.

APA-nın Moskva müxbirinin xəbərinə görə, problem bu gün səhər saatlarından başlayıb.

“Microsoft” şirkətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.