2 ordeni olmayan şəhidin adını küçəyə vermək olmur
Turan
22:40 23.04.2021
Arxiv
608
Deputat deyib ki, şəhid adlarının əbədiləşdirilməsi üçün qanuna dəyişiklik edilməlidir
“Şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı mövcud qanunvericiliyə, təlimatlara, qərarlara dəyişiklik edilməlidir”. Bunu millət vəkili Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, şəhid ailələri və qazilərlə iş dövlət siyasətinin prioritetlərindəndir:
“Vətən müharibəsinin yaratdığı yeni reallıq fonunda şəhid adının əbədiləşdirilməsi istiqamətində mövcud hüquqi bazanın təkmilləşdirilməsinə baxmalıyıq. 1993-cü ildə qəbul edilmiş qanuna əsasən, şəhid adı küçə, meydan, müəssisə, məktəb və s. verilə bilər. Nazirlər Kabinetinin 1994-cü il qərarında isə qeyd edilir ki, bu cür əbədiləşdirmə üçün şəhid ya Milli Qəhrəman olmalıdır, ya da vətən uğrunda döyüşlərə görə azı 2 ordenlə təltif olunmalıdır. Təmsil etdiyim Biləsuvarda orta hesabla hər kənddə 3-4 şəhid var. Lakin mövcud qaydalara görə, 2 ordeni olmayan şəhidin adını vaxtı ilə yaşadığı küçəyə, oxuduğu məktəbə vermək olmur. Bu da haqlı gileylərə səbəb olur. Halbuki, şəhidin adını adsız küçələrdən birinə verməklə şəhid ailəsinin də könlü xoş olar, gənc nəsil üçün bir dərs olar, şəhidin adını yaşadar. Ona görə bu məsələyə yenidən qayıdılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə