2 qadın maşının altında qalıb öldü - BAKIDA FACİƏ




Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində, Mehdiabada gedən yolda "İveco" markalı, 99 BO 494 dövlət qeydiyyat nişanlı yük maşını 61 yaşlı qadını vurub. Ağır xəsarətlər alan qadının həyatını xilas etmək mümkün olmayıb.

Oxşar hadisə Nizami rayonu ərazisində - Mikayıl Əliyev küçəsində də baş verib. Burada "Mercedes" markalı minik avtomobili, 59 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.
Advertising 14